Qızıl və gümüş daha da bahalaşıb

Qızıl və gümüş daha da bahalaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,59% artaraq 2 364,9 ABŞ dollarına bərabər olub.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,82% artaraq 28,04 ABŞ dollarına bərabər olub.