Azərbaycan çempionu: “Əsas hədəfim Dünya Kuboku ilə bağlıdır”

Azərbaycan çempionu: “Əsas hədəfim Dünya Kuboku ilə bağlıdır”

“Planlarım tam dəqiqləşməyib, amma əsas hədəfim Dünya Kuboku ilə bağlı olacaq. Bu yarış həmişə vacibdir”.

“Birxeber.Az”un məlumatına görə, bunu şahmat üzrə Azərbaycan çempionu Vasif Durarbəyli Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.

Qrossmeyster bildirib ki, sözügedən yarışın Bakıda keçirilməsi isə turnirin əhəmiyyətini daha artırır: “Dünya Kubokuna ciddi hazırlaşmağı düşünürəm”.

O, ölkə çempionatında qələbə qazanmasını belə şərh edib: “Ötən ilin sonunda Bakıda iki turnirdə uğursuz çıxış etdim. Azərbaycan yığmasına seçmə turnirdə yaxşı oynamadım, ardınca rapid və blits turniri mənim üçün uğurlu olmadı. Uğursuz turnirlərdən sonra bir qədər əsəbiləşmişdim. Uğursuzluq varsa, deməli dəyişiklik lazımdır. Bundan sonra iki aya yaxın qrossmeyster, dostum Burak Fıratla hazırlıq keçdim. Nəticədən razıyam. Ölkə çempionatının seçmə mərhələsində böyük fərqlə birinci oldum. Tay-brek qısa oyunlardı. Burada hər şey ola bilər. Sevinirəm ki, yekunda Azərbaycan çempionatının qalibi oldum.

Şahmatçı finalda ilk partiyada Vüqar Əsədlinin qələbə qazanmasını və hansı rəqibi ilə oyunun onun üçün daha çətin olması haqqında da danışıb: “İlk klassik partiyada ardıcıl 3 səhv etdim. Az qalmışdı çempionatı ikinci yerdə başa vurum. Amma geridönüş edə bildim. Oyunumdan razı qaldım. Vüqar Əsədlinin oyunlarını yaxından izləyirəm. Məncə son turnirlərdə yüksək oyun göstərir. İrəliləyiş hiss olunur. Son aylarda çox yaxşı oynayır. Klassik şahmatda mübarizəmiz gərgin oldu. Hər iki partiyada yaxşı mübarizə nümayiş etdirdi. Amma rapid hissədə məncə zəif oynadı. Həmkarlarıma qarşı hörmətsizlik olmasın, yeganə çətinlik kimi Aydın Süleymanlı ilə partiyanı qeyd edə bilərəm. Üstünlük var idi, amma təzyiq yaratmadı”.

Vasif Durarbəyli çempionatın formatı ilə bağlı fikirlərini də bölüşüb: “Çempionatın bu formatı xoşuma gəlir. Uğurlu format hesab edirəm. Amma bir çatışmazlıq olduğunu düşünürəm. İlk mərhələdə seçmədən sonra turnir cədvəlində birinci olmaq şahmatçıya üstünlük vermir. Məşhur şahmatçımız Şəhriyar Məmmədyarovla müzakirəmiz olub. Maraqlı təklif verdi. Məsələn turnir cədvəlində xal fərqi ilə birinci yerə çıxan şahmatçı birbaşa finala vəsiqə qazansın. İkinci-üçüncü yerin sahibi isə öz aralarında oynamaqla ikinci finalçını müəyyənləşdirsin. Bu halda birinci yerin sahibi üstünlük qazanır”.

Təcrübəli idmançı gənc şahmatçıların çıxışından narazı olduğunu da əlavə edib: “Gənc şahmatçılardan bir az narazıyam. İllərdi oynayırıq, artım sürətləri məni qane etmir. Federasiya məşqçilər dəvət edib, dəstək olur. Son üç ildə ölkə çempionatında oynayıram və fərqi hiss etmədim. Təvəzökarlıqdan uzaq olsa da, məncə, bu il çox yüksək fərq nümayiş etdirdim. Bir qədər yaxın mübarizə aparan Vüqar Əsədli idi, ona da finalda qalib gəldim”.

Fərdi Fərdi
Azərbaycan idmançılarının da qatıldığı Universiadanın açılış mərasimi keçirilib

Azərbaycan idmançılarının da qatıldığı Universiadanın açılış mərasimi keçirilib

Fərdi Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatına Yaponiyada hazırlaşırlar

Azərbaycan cüdoçuları dünya çempionatına Yaponiyada hazırlaşırlar

Fərdi Fərdi
Azərbaycan atletləri beynəlxalq turnirlərdə qızıl medal qazanıblar

Azərbaycan atletləri beynəlxalq turnirlərdə qızıl medal qazanıblar

Fərdi Fərdi
Azərbaycan gimnastları Macarıstandakı turnirə yollanıblar

Azərbaycan gimnastları Macarıstandakı turnirə yollanıblar

Fərdi Fərdi
Azərbaycan Triatlon Federasiyasının yeni prezidenti bəlli olub

Azərbaycan Triatlon Federasiyasının yeni prezidenti bəlli olub

Fərdi Fərdi
Avropa Oyunları: Azərbaycanın iki karateçisi mübarizəni dayandırıb

Avropa Oyunları: Azərbaycanın iki karateçisi mübarizəni dayandırıb

Fərdi Fərdi
Avropa Oyunları: Dadaşov finalda, Əkbərova və Maqomedov "bürünc" görüşünə vəsiqə qazanıb - YENİLƏNİB - 7

Avropa Oyunları: Dadaşov finalda, Əkbərova və Maqomedov "bürünc" görüşünə vəsiqə qazanıb - YENİLƏNİB - 7

Fərdi Fərdi
UWW-dən Rafiq Hüseynova təbrik: "Hər səviyyədə uğurla dolu əfsanəvi karyera"

UWW-dən Rafiq Hüseynova təbrik: "Hər səviyyədə uğurla dolu əfsanəvi karyera"

Fərdi Fərdi
Fişer şahmatı üzrə dünya çempionatının qalibi bəlli olub

Fişer şahmatı üzrə dünya çempionatının qalibi bəlli olub

Fərdi Fərdi
Maqnus Karlsen: “Klassik şahmatdan bezmişəm”

Maqnus Karlsen: “Klassik şahmatdan bezmişəm”

Fərdi Fərdi
"Vüqar Həşimov Memorialı-2022" turnirinin vaxtı dəqiqləşib

"Vüqar Həşimov Memorialı-2022" turnirinin vaxtı dəqiqləşib

Fərdi Fərdi
Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub

Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub