Naxçıvanda güzəştli kreditlərin həcmi 2 dəfədən çox artıb

Naxçıvanda güzəştli kreditlərin həcmi 2 dəfədən çox artıb

Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dəstək olaraq İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu bu ilin 3 ayı ərzində kənd təsərrüfatı yönümlü 8 layihəni maliyyələşdirib.

Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən "Birxeber.Az"un yerli bürosuna verilən məlumata görə, layihələrin maliyyələşdirilməsinə 189 min manat vəsait sərf olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Bu ilin 3 ayı ərzində qaytarılan kreditlərin həcmi 1,7 milyon manat olub ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 52 % çoxdur.

Bu ilin I rübündə 290,2 min manat vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.