"İnter" unikal rekorda imza atıb

"İnter" unikal rekorda imza atıb

"İnter" İtaliya A Seriyasında unikal rekorda imza atıb.

"Birxeber.Az" xəbər verir ki, Milan təmsilçisi buna "Udineze"yə 2:1 hesabı ilə qalib gəldiyi XXXI turun matçında nail olub.

"İnter" çempionat tarixində 1-ci turdan 31-ci turadək hər qarşılaşmada qol vuran ilk komandadır.

Qeyd edək ki, Simone İnzaqinin baş məşqçisi olduğu kollektiv 82 xalla liderdir. Klub ən yaxın izləyicisi "Milan"ı 14 xal qabaqlayır.