Ceyhun Bayramov Bişkekdə "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini və Çingiz Aytmatovun məzarını ziyarət edib - FOTO

Ceyhun Bayramov Bişkekdə "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini və Çingiz Aytmatovun məzarını ziyarət edib - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstana səfəri çərçivəsində Bişkekdəki "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini (Qırğız dövlətçiliyinin ən mühüm inkişaf mərhələlərinin tarixi yaddaşının bərpası və qorunub saxlanılması məqsədilə tikilən Memorial) ziyarət edib.

Birxeber.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Nazir Kompleksin önünə əklil qoyub.

Azərbaycan nümayəndə heyəti Qırğızıstanın suverenliyi uğrunda canlarını qurban verənlərin xatirəsini ehtiramla yad edib.

Səfər çərçivəsində görkəmli qırğız yazıçısı, Azərbaycanın böyük dostu Çingiz Aytmatovun məzarı da ziyarət edilib, üzərinə gül dəstələri qoyub.