Dövlət Departamenti: Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi dialoqdan keçir

Dövlət Departamenti: Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi dialoqdan keçir

Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi dialoqdan keçir.

Birxeber.Az-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ənənəvi brifinqdə bildirib:

“Biz hər iki tərəfin diqqətinə dialoqun vacibliyi ilə bağlı mövqeyimizi çatdırmışıq. Rəsmi Vaşinqton hər zaman Azərbaycan və Ermənistan arasında müzakirə mühitinin mövcudluğunu dəstəkləyir. Bunu dövlət katibi Antoni Blinken liderlərlə ayrı-ayrılıqda müzakirələr zamanı da bəyan edib. Azərbaycanla Ermənistan arasındakı dialoqda rol oynamağa hazırıq. Bununla belə mən yaxın vaxtlarda hər hansı görüşün keçirilib-keçirilməyəcəyi barədə fikir söyləməyin tez olduğunu düşünürəm”, - o deyib.