Azərbaycanın U-19 millisi Latviya ilə qarşılaşacaq

Azərbaycanın U-19 millisi Latviya ilə qarşılaşacaq

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

"Report" xəbər verir ki, yığma qrupdakı son matçında Latviyada meydan sahibləri ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, U-19 ilk oyununda Monteneqroya 0:4, Bolqarıstana isə 0:1 hesabı ilə uduzub.