Polşa - Azərbaycan oyununun məkanı açıqlanıb

Polşa - Azərbaycan oyununun məkanı açıqlanıb

Futzal üzrə Azərbaycan millisinin 2024-cü il dünya çempionatının əsas mərhələsində Polşa ilə səfər oyununun məkanı müəyyənləşib.

Federasiyadan "Report"a verilən məlumata görə, qarşılaşma Koşalin şəhərindəki idman zalında baş tutacaq. Bu, VI qrupun sonuncu görüşü olacaq.

Martın 7-də təşkil olunacaq matçın başlama saatı hələ açıqlanmayıb. Buna qədər Azərbaycan millisi Bakıda Yunanıstan yığmasını qəbul edəcək. Martın 3-də Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, əsas mərhələdə artıq 2 oyun keçirən Azərbaycan millisi maksimum xalla turnir cədvəlinə başçılıq edir. Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv ötən ilin oktyabrında Bakıda Polşanı 4:3, səfərdə isə Yunanıstanı 7:0 hesabı ilə üstələyib.

Polşa yığması isə 3 oyun keçirib. Yunanıstanı hər iki dueldə yenən polşalılar yeganə məğlubiyyəti Azərbaycandan alıb. Polşa - Azərbaycan oyunu qrup qalibini müəyyənləşdirmək baxımından əhəmiyyətli hesab olunur. Həmin dueldə Azərbaycan millisinə heç-heçə də sərf edəcək.

Futbol Futbol
UEFA reytinqi: Azərbaycanın mövsümü hansı pillədə başa vuracağı dəqiqləşib

UEFA reytinqi: Azərbaycanın mövsümü hansı pillədə başa vuracağı dəqiqləşib

Futbol Futbol
Avropa Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Avropa Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Futbol Futbol
İntizam Komitəsinin sədri: "Heç bir kluba qarşı qərəzli qərar çıxarmaq marağında deyilik"

İntizam Komitəsinin sədri: "Heç bir kluba qarşı qərəzli qərar çıxarmaq marağında deyilik"

Futbol Futbol
Avropa Liqasında ilk yarımfinalçı bəlli olub

Avropa Liqasında ilk yarımfinalçı bəlli olub

Futbol Futbol
“Qarabağ” bu mövsüm avrokuboklardan əldə etdiyi gəlirə görə qitə nəhənglərini qabaqlayıb

“Qarabağ” bu mövsüm avrokuboklardan əldə etdiyi gəlirə görə qitə nəhənglərini qabaqlayıb

Futbol Futbol
Milli üzvü: "Qrup mərhələsini Azərbaycan üzərində qələbə ilə başa vurmaq istəyirik"

Milli üzvü: "Qrup mərhələsini Azərbaycan üzərində qələbə ilə başa vurmaq istəyirik"

Futbol Futbol
"Fənərbağça"nın əsas qapıçısı əməliyyat olunacaq

"Fənərbağça"nın əsas qapıçısı əməliyyat olunacaq

Futbol Futbol
DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

Futbol Futbol
Azərbaycan Kuboku: "Qəbələ"nin yubileylərlə zəngin qələbəsi

Azərbaycan Kuboku: "Qəbələ"nin yubileylərlə zəngin qələbəsi

Futbol Futbol
UEFA "Yuventus"u avrokuboklardan kənarlaşdıra bilər

UEFA "Yuventus"u avrokuboklardan kənarlaşdıra bilər

Futbol Futbol
“Neftçi” serbiyalı müdafiəçini transfer etmək istəyir

“Neftçi” serbiyalı müdafiəçini transfer etmək istəyir

Futbol Futbol
Avropa Liqası: "Mançester Yunayted"in hücumçusu ən yaxşı seçilib

Avropa Liqası: "Mançester Yunayted"in hücumçusu ən yaxşı seçilib