İstanbulda fabrik partladı - 3 nəfər öldü, 9 nəfər yaralandı - FOTO/VİDEO
Türkiyənin İstanbul şəhərinin Tuzla bölgəsində yerləşən fabrikdə güclü partlayış baş verib.
Birxeber Türkiyə mediasına istinadla xəbər verir ki, boya fabrikində baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.
Bələdiyyə sədrinin sözlərinə görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib və yanğın nəzarət altına alınıb.
Həmçinin yanğın ətrafdakı 5 fabrikə də keçib.
Birxeber