Agenti rusiyalı qapıçının "Qarabağ"a keçə biləcəyini istisna etməyib

Agenti rusiyalı qapıçının "Qarabağ"a keçə biləcəyini istisna etməyib

Almaniyanın "Bayer" klubunda çıxış edən rusiyalı qapıçı Andrey Lunyovun agenti Anton Smirnov oyunşunun "Qarabağ"a keçə biləcəyini istisna etməyib.

"Birxeber.Az"un məlumatına görə, o, "RB Sport" nəşrinə açıqlamasında 32 yaşlı qolkiperin Ağdam klubu ilə yanaşı, İngiltərə Çempionşipdən və Türkiyə Super Liqasından təklif aldığını söyləyib.

O bildirib ki, Leverkuzen təmsilçisinin heyətinə yeni çərçivə qoruyucusu cəlb etməsi vəziyyəti 180 dərəcə dəyişib: "Transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış yeni klub axtarmaq çətindir, amma bir neçə variantımız var. "Qarabağ"la birbaşa danışıqlar aparmamışıq, amma bu gün "Bayer"in idman direktoru mənə dedi ki, Azərbaycan təmsilçisinin Lunyovu almaq istəyi var, kluba rəsmi məktub gəlib. Rəhbərlik qapıçının qərarına hörmət edir. Məqbul variant və sağlamlığı ilə bağlı hər şey qaydasında olarsa, onu buraxacaq. Əks halda, problem də yoxdur. Andrey müqaviləsinin sonunadək "Bayer"də qalacaq. Vəziyyətinə baxıb qərar verəcəyik. Yaxın müddətdə meydana qayıda bilsə, başqa kluba keçməyə çalışacaq. Elə ölkələr var ki, məsələn, Türkiyə və Azərbaycan, orada transfer pəncərəsi gec bağlanır".

Qeyd edək ki, Moskva "Torpedo"sunun yetirməsi olan Andre Lunyov ölkəsində "İstra", "Kaluqa", "Saturn", "Ufa" və "Zenit"in də formasını geyinib. O, Rusiya millisində 7 oyuna 14 top buraxıb.

Futbol Futbol
"Gent"in baş məşqçisi: "Qarabağ" üzərində qələbə bizə psixoloji impuls verdi"

"Gent"in baş məşqçisi: "Qarabağ" üzərində qələbə bizə psixoloji impuls verdi"

Futbol Futbol
UEFA rəsmisi: “Azərbaycan millisi potensialını tam göstərə bilmir”

UEFA rəsmisi: “Azərbaycan millisi potensialını tam göstərə bilmir”

Futbol Futbol
Arif Əsədov: “Qarabağ” və “Neftçi”yə ən böyük problemi “Sabah” yaradacaq” - MÜSAHİBƏ

Arif Əsədov: “Qarabağ” və “Neftçi”yə ən böyük problemi “Sabah” yaradacaq” - MÜSAHİBƏ

Futbol Futbol
“Qarabağ” Fransada "Nant"a məğlub olub - FOTOLENT - VİDEO

“Qarabağ” Fransada "Nant"a məğlub olub - FOTOLENT - VİDEO

Futbol Futbol
Azərbaycanda oynamış tanınmış hücumçu karyerasını başa vurub

Azərbaycanda oynamış tanınmış hücumçu karyerasını başa vurub

Futbol Futbol
Çempionlar Liqasındakı rekordlar: “İnter” “Milan” önündə ilklərə imza atıb

Çempionlar Liqasındakı rekordlar: “İnter” “Milan” önündə ilklərə imza atıb

Futbol Futbol
"Neftçi"nin oyunu tıxac səbəbindən gec başlayacaq

"Neftçi"nin oyunu tıxac səbəbindən gec başlayacaq

Futbol Futbol
"Sevilya" 7-ci dəfə UEFA Avropa Liqasının qalibi olub

"Sevilya" 7-ci dəfə UEFA Avropa Liqasının qalibi olub

Futbol Futbol
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin iki oyun üçün heyəti açıqlanıb

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin iki oyun üçün heyəti açıqlanıb

Futbol Futbol
Çempionlar Liqası: Yarımfinalın bütün iştirakçıları bəlli olub

Çempionlar Liqası: Yarımfinalın bütün iştirakçıları bəlli olub

Futbol Futbol
Azərbaycan millisi ilə oyun öncəsi Avstriya yığmasının heyətində dəyişiklik olub

Azərbaycan millisi ilə oyun öncəsi Avstriya yığmasının heyətində dəyişiklik olub

Futbol Futbol
“Qarabağ”ın fransalı futbolçusu: “Əvvəlki zədəmi tam müalicə etməmişdim”

“Qarabağ”ın fransalı futbolçusu: “Əvvəlki zədəmi tam müalicə etməmişdim”