Meksika və Braziliya saziş imzalayıb

Meksika və Braziliya saziş imzalayıb

Meksika və Braziliya diplomatları çoxtərəfli məsələlər üzrə alt komitənin yaradılması haqqında saziş imzalayıblar.

Birxeber.Az xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyi "X" səhifəsində paylaşım edib.

İlk iclasda Braziliyanın İyirmilik Qrupuna (G20) sədrliyi ilə bağlı məsələlər müzakirə edilib.

Həmçinin sülh və təhlükəsizlik, insan hüquqları, çoxtərəfli idarəçilik və xarici siyasətlə bağlı məsələlər müzakirə edilib.

Onlar əlavə ediblər ki, alt komitə ikitərəfli hökumətlərarası komissiya çərçivəsində yaradılıb.

Braziliya 2023-cü il dekabrın 1-dən G20-yə sədrlik edir. Assosiasiyanın 2024-cü ildə yekun sammiti noyabrın 18-19-da Rio-de-Janeyroda baş tutacaq.