Rusiya XİN: Şərqi Avropada nüvə silahı daşıya bilən F-16-lar üçün bazalar hazırlanır

Rusiya XİN: Şərqi Avropada nüvə silahı daşıya bilən F-16-lar üçün bazalar hazırlanır

Şərqi Avropadakı hava bazaları taktiki nüvə silahı daşıya bilən F-16 döyüş təyyarələrini qəbul etməyə hazırlaşır.

Birxeber.Az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk deyib.

Bundan əlavə, diplomatın sözlərinə görə, Almaniyanın uzaqmənzilli “Taurus” qanadlı raketlərinin tədarükü perspektivləri müzakirə edilir.

Ümumilikdə, Polişçukun qeyd etdiyi kimi, Qərbin Kiyevə hərbi yardımının həcmi artıq 230 milyard dolları ötüb.

Bundan əvvəl Yunanıstanın Ukraynaya 32 F-16 qırıcısı təhvil vermək niyyətində olduğu bildirilirdi.

Niderland hakimiyyəti həmçinin 2024-cü ilin ikinci yarısında Kiyevə F-16-lar tədarük edəcəklərini açıqlayıb.