Britaniyanın xarici işlər naziri ABŞ-a səfər edəcək

Britaniyanın xarici işlər naziri ABŞ-a səfər edəcək

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ABŞ-a səfər edəcək.

“Birxeber.Az” xəbər verir ki, müvafiq məlumat Britaniya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Vurğulanıb ki, xarici işlər naziri çərşənbə axşamı, aprelin 9-da ABŞ tərəfdaşlarını Ukraynaya əlavə maliyyə ayırmağa və Rusiya ilə münaqişədə qalib gəlmək üçün lazım olan alətləri verməyə çağırmaq üçün Vaşinqtona səfər edəcək.

Qeyd olunub ki, Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Konqresdə əsas fiqurlarla görüşərək onları bu il Ukrayna ilə bağlı fikirlərini dəyişməyə və Amerika Konqresi tərəfindən razılaşdırılmalı olan əlavə 60 milyard dollar maliyyəni ayırmağa çağıracaq.