Almaniya kansleri Avropa İttifaqı ölkələrini Ukraynaya yardımı gücləndirməyə çağırıb

Almaniya kansleri Avropa İttifaqı ölkələrini Ukraynaya yardımı gücləndirməyə çağırıb

Almaniya 2024-cü ildə Ukraynaya yardım üçün 7 milyard avrodan çox (7,6 milyard dollar) xərcləyəcək. Avropalı müttəfiqlər Kiyevə dəstəyi artırmalıdır.

“Report” xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bəyan edib.

Onun sözlərinə görə, Berlinin hazırda Kiyevə bütün Avropa ölkələrinin ümumi hərbi yardımının yarıdan çoxunu verməsi qəbuledilməzdir. Şolz qeyd edib ki, Aİ-nin qarşıdan gələn sammitində Kiyevə dəstək yükünün bölüşdürülməsi məsələsini qaldıracaq.

“Əgər Rusiya Avropa dövlətlərinin Kiyevin daima yanında olduğu mesajını alsa, sülh o zaman tez olacaq”.