Bakıda yolu keçən gənci motosiklet vurub

Bakıda yolu keçən gənci motosiklet vurub

Bakının Sabunçu rayonunda 21 yaşlı gənc qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, 2003-cü il təvəllüdlü Məmmədova Gülər Asif qızı yolu keçərkən motosiklet onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.