“TikTok” foto paylaşmaq üçün sosial şəbəkə yaradacaq

“TikTok” foto paylaşmaq üçün sosial şəbəkə yaradacaq

“TikTok” istifadəçilərə fotoşəkilləri paylaşmağa imkan verəcək yeni əlavə hazırlayır.

“Report” xəbər verir ki, bu barədə TechCrunch portalı məlumat yayıb.

Qeyd olunur ki, “TikTok” istifadəçiləri böyük ehtimalla “TikTok Notes” adlanacaq yeni proqramla bağlı artıq bildirişlər almağa başlayıblar, baxmayaraq ki, o, rəqəmsal mağazalarda hələ mövcud deyil.