Olimpiadaya görə Fransada polis və jandarmalar üçün məzuniyyət ləğv edilib

Olimpiadaya görə Fransada polis və jandarmalar üçün məzuniyyət ləğv edilib

Fransanın bütün polis və jandarmaları Paris Olimpiadası zamanı xidmətdə olmalı olacaqlar.

Birxeber.Az xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Cerald Darmanen "Le Parisien" qəzetinə müsahibəsində deyib.

"Məzuniyyətləri tam ləğv etdim. Bütün xidmətlərinə görə polislərə və jandarmalara təşəkkür edirəm", - deyə o bildirib.

Onun sözlərinə görə, oyunların açılış günündə Parisdə nəqliyyatın hərəkəti ciddi şəkildə məhdudlaşdırılacaq.

İlk dəfə Parisin hava məkanı bağlı olacaq.