Aİ Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətlər barədə razılığa gəlib

Aİ Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətlər barədə razılığa gəlib

Avropa İttifaqı liderləri Ukraynanın kənd təsərrüfatı mallarının idxalına tariflər üzrə ilkin razılığa gəliblər ki, bu da Avropanın kənd təsərrüfatı bazarlarının sabitliyini poza bilər.

“Report” xəbər verir ki, bu məlumatı “Reuters” agentliyi Avropa diplomatiyasındakı mənbəyə istinadən yayıb.

Nəşr qeyd edib ki, Aİ qanunvericiləri bazar ertəsi razılığa gəliblər və bu razılaşma Belçika tərəfindən təsdiqlənib. Bununla belə, tarif tədbirlərinin yekun şəkildə tətbiqi üçün Aİ-nin qalan üzv ölkələrindən və Avropa Parlamentindən razılıq almaq lazımdır.

Martın 13-də Avropa Parlamenti Avropa Komissiyasının Ukraynadan Aİ-yə kənd təsərrüfatı məhsullarının rüsumsuz idxalı rejiminin daha bir il müddətinə uzadılması təklifini dəstəkləməyib.

Bu sənəd baxılmaq üçün Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinə göndərilib.

Daha sonra Ukraynanın İqtisadiyyat və Ticarət Nümayəndəsinin müavini Taras Kaçka bildirib ki, Avropa İttifaqı tərəfindən Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına 2021-ci il səviyyəsində məhdudiyyət qoyulması ölkə iqtisadiyyatı üçün fəlakətli olacaq.