Rusiya XİN Çinin Ukrayna ilə bağlı planını real adlandırıb

Rusiya XİN Çinin Ukrayna ilə bağlı planını real adlandırıb

“Rusiya Çinin Ukrayna münaqişəsinin nizamlanması təşəbbüsünü Ukrayna prezidenti Volodimir Zelenskinin “sülh formulu”ndan daha real hesab edir”.

“Birxeber.Az” xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk deyib.

Onun sözlərinə görə, Moskva çinli həmkarlarının Ukrayna böhranı ilə bağlı mövqeyini yüksək qiymətləndirir.

“Biz onların sülh yolu ilə onun həqiqi və davamlı həllinə töhfə vermək üçün səmimi istəyini qeyd edirik. Heç bir nəticəyə gətirib çıxara bilməyən ultimatum və çıxılmaz “Zelenski formulu”ndan fərqli olaraq, Pekinin Çin müdrikliyinə və ümumidən konkretə dialektik yanaşmaya əsaslanan təşəbbüsü daha realdır”.

Polişçuk əlavə edib ki, Pekin Ukrayna böhranının əsas səbəblərini anlayır, onun yaranmasında və eskalasiyasında Qərbin dağıdıcı rolundan xəbərdardır.

Qeyd edək ki, 2023-cü ilin fevralında Çin Xarici İşlər Nazirliyi Ukrayna böhranının siyasi həlli ilə bağlı mövqeyini əks etdirən sənəd dərc edib.

O, atəşkəs çağırışları, bütün ölkələrin qanuni təhlükəsizlik maraqlarına hörmət, Ukraynada humanitar böhranın həlli, Moskva ilə Kiyev arasında hərbi əsirlərin mübadiləsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qərarı ilə birtərəfli sanksiyaların tətbiqindən imtina kimi 12 bənddən ibarətdir.