Ekvador hakimiyyəti tərəfindən saxlanılan keçmiş vitse-prezident komadadır

Ekvador hakimiyyəti tərəfindən saxlanılan keçmiş vitse-prezident komadadır

Keçən həftə Meksikanın Kitodakı səfirliyinə basqın nəticəsində ölkə polisi tərəfindən saxlanılan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlas komadadır.

“Birxeber.Az” xəbər verir ki, bu barədə yerli Teleamazonas telekanalı məlumat yayıb.

Qeyd olunur ki, siyasətçi bazar ertəsi günortadan sonra Quayakildəki hərbi xəstəxanaya köçürülüb, şənbə günündən isə həmin şəhərdə həbsxanadadır.

Hüquq-mühafizə orqanlarının nümayəndələrinin fikrincə, Qlas həbsxanada külli miqdarda antidepresan və sakitləşdirici dərman qəbul edə bilərdi.

Qeyd edək ki, Ekvador polisi rüşvətxorluq və korrupsiyada ittiham olunan Xorxe Qlası həbs etmək üçün Meksikanın Kitodakı diplomatik missiyasının binasına hücum edib. Ekvadorun sabiq vitse-prezidenti Qlas 2023-cü ilin dekabrında Meksika səfirliyinə sığınmışdı.