Fransız politoloq: “Beynəlxalq ictimaiyyət İranı terror aktına izahat verməyə məcbur etməlidir”

Fransız politoloq: “Beynəlxalq ictimaiyyət İranı terror aktına izahat verməyə məcbur etməlidir”

“Beynəlxalq ictimaiyyət İranı Azərbaycanın səfirliyində törədilən terror aktına izahat verməyə və diplomatik missiyanın lazımi şəkildə mühafizəsinin təminatına məcbur etməlidir”.

Bunu “Report”a açıqlamasında fransız tarixçi və politoloq Maksim Quen deyib.

“İranın molla rejiminin güclü repressiv sistemi var. İndiyə qədər ən güclü sübut girişdə qeydə alınan video görüntülərdir. Belə ki, İran polisi “Kalaşnikov” avtomatı olan bir adamın səfirliyə daxil olduğunu görən zaman çox sakit davranıb”, - o vurğulayıb.

Ekspert həmçinin xatırladıb ki, hücum Osvensim şəhərinin azad edilməsinin ildönümündə, həmçinin Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması kontekstində baş verib və İrandakı molla rejimi bunları qəbul edə bilmir: “Azərbaycan və İsrail İranın yeganə hədəfi deyil. Son 10 ildə İran rejiminin sifarişi ilə Avropa İttifaqı ölkələrində uğursuz terror aktlarına cəhd edilib”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Xarici siyasət Xarici siyasət
Aİ: "Azərbaycanla Ermənistan arasında nəticə yönümlü danışıqlar vacibdir"

Aİ: "Azərbaycanla Ermənistan arasında nəticə yönümlü danışıqlar vacibdir"

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti: "Ermənistanın sürətlə silahlanması yeni təhlükələr yaradır"

Azərbaycan Prezidenti: "Ermənistanın sürətlə silahlanması yeni təhlükələr yaradır"

Xarici siyasət Xarici siyasət
İlham Əliyev Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədrinin birinci müavinini qəbul edib

İlham Əliyev Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədrinin birinci müavinini qəbul edib

Xarici siyasət Xarici siyasət
Hindistan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Hindistan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Xarici siyasət Xarici siyasət
Türkiyənin Dəvəli rayonunun icra başçısı FHN-in Kahramanmaraşdakı mobil səhra hospitallarında olub

Türkiyənin Dəvəli rayonunun icra başçısı FHN-in Kahramanmaraşdakı mobil səhra hospitallarında olub

Xarici siyasət Xarici siyasət
Peru Konqresi Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib  

Peru Konqresi Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib  

Xarici siyasət Xarici siyasət
Çavuşoğlu: “Ukraynada atəşkəsə nail olmaq üçün səylərimizi davam etdiririk”

Çavuşoğlu: “Ukraynada atəşkəsə nail olmaq üçün səylərimizi davam etdiririk”

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Rusiya XİN başçıları arasında görüş başlayıb

Azərbaycan və Rusiya XİN başçıları arasında görüş başlayıb

Xarici siyasət Xarici siyasət
Fuad Hüseynəliyev: “Lavrovun KTMT missiyası yerləşdirilməsi ilə bağlı təklifi reallaşmaq imkanını itirib”

Fuad Hüseynəliyev: “Lavrovun KTMT missiyası yerləşdirilməsi ilə bağlı təklifi reallaşmaq imkanını itirib”

Xarici siyasət Xarici siyasət
Sözçü: “Qərbi Azərbaycan İcması Aİ Şurasının Prezidentindən və AŞPA-dan cavab gözləyir”

Sözçü: “Qərbi Azərbaycan İcması Aİ Şurasının Prezidentindən və AŞPA-dan cavab gözləyir”

Xarici siyasət Xarici siyasət
Azərbaycan rəsmiləri Türkiyənin Bakıdakı səfirliyində olublar, başsağlığı veriblər

Azərbaycan rəsmiləri Türkiyənin Bakıdakı səfirliyində olublar, başsağlığı veriblər

Xarici siyasət Xarici siyasət
Ankarada Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı konfrans keçirilib

Ankarada Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı konfrans keçirilib