Fransa BMT-nin fələstinli qaçqınlara dəstək agentliyinə maliyyə ayırmasını dayandırıb

Fransa BMT-nin fələstinli qaçqınlara dəstək agentliyinə maliyyə ayırmasını dayandırıb

Fransa BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin oktyabrın 7-də HAMAS-ın İsrail şəhərlərinə hücumunda əli olduğuna dair xəbərlər fonunda bu qurumu maliyyələşdirməyi müvəqqəti dayandırıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Fransa 2024-cü ilin birinci yarısında heç bir əlavə ödəniş etməyi planlaşdırmır və vaxtı gələndə BMT və əsas donorlarla birlikdə yardımın şəffaflığı və təhlükəsizliyi ilə bağlı bütün tələblərinin nəzərə alınmasını təmin edərək qərar verəcək" – məlumatda bildirilir.

Əlavə edilib ki, 2023-cü il üçün Paris agentliyə “demək olar ki, 60 milyon avro” ayırıb.