Füzulidə gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb
Füzuli rayonunda 24 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"Birxeber.Az"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Mehdiyev Şəmistan Əliyar oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.