İlin ilk Günəş tutulması başlayıb - CANLI

İlin ilk Günəş tutulması başlayıb - CANLI

Bu ilin ilk Günəş tutulması başlayıb.

APA xəbər verir ki, bu hadisə tam Günəş tutulmasıdır.

Təbiət hadisəsi Sakit və Atlantik Okeanı, Qərbi Avropa, Şimalı və Cənubi Amerika, Arktikanı əhatə edir.

Tam tutulma ABŞ-nin cənub-qərb hissəsi, Kanadanın qərbi və Meksikadan keçəcək.

Tutulma Bakı vaxtı ilə saat 19:42-də başlayıb və aprelin 9-u saat 00:52-də bitəcək

Günəş tutulması Azərbaycanda müşahidə olunmur.