Gəncə Dövlət Filarmoniyasında Elza İbrahimovanın mahnılarından ibarət konsert izdihamla keçib - FOTO

Gəncə Dövlət Filarmoniyasında Elza İbrahimovanın mahnılarından ibarət konsert izdihamla keçib - FOTO

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti, öz bənzərsiz mahnıları ilə qəlbləri fəth edən Elza İbrahimovanın mahnılarından ibarət konsert proqramı keçirilib.

APA xəbər verir ki, gecədə Gəncə Dövlət Filarmoniyasının Estrada ansamblının müşayiəti ilə Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Kəmalə Tağızadə, solistlər Samir Məmmədov, Rövşən Məmmədov, Rüstəm Cəfərov, Əli Məmmədov, Ruslan Nağdəliyev, Yaqub Yaqubzadə, Xəyal Əliyev, Vasif Bayramovun ifasında “Bakının işıqları”, “Sən yadıma düşəndə”, “Mən sənin yanına qışda gələrdim”, “Bu baxçadan keçmişəm”, “Gedək üzü küləyə”, “Gəl barışaq”, “Mehribanım”, “Daha məndə dözüm yox”, “Təki sən səslə məni”, “Ötən günlərimi qaytaraydılar”, “Gecələr bulaq başı”, “Sənin gözlərin”, “ Sən mənim səsimi eşidəcəksən” mahnıları səsləndirilib.

Konsert proqramı fərqli və özünəməxsus səhnə tərtibatı ilə yadda qalıb.

Sonda səsləndirilən “Ey Vətən” mahnısı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.