Konqo DR-də daşqınlar 8 nəfərin həyatına son qoyub

Konqo DR-də daşqınlar 8 nəfərin həyatına son qoyub

Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 8 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə “Okapi” radiostansiyası məlumat yayıb.

Son iki gündür Kinşasa üzərində davam edən leysan yağışları Konqo çayının daşmasına səbəb olub. Daşqınlar nəticəsində binalar dağılıb.

Daha əvvəl alimlər xəbərdarlıq etmişdi ki, Kinşasa tez-tez baş verən daşqınlar və qlobal iqlim dəyişikliyinin təsirləri səbəbindən yox olmaq təhlükəsi ilə üz-üzədir. 1881-ci ildə qurulan Kinşasa sürətlə böyüyür. 1984-cü ildə burada 2,6 milyon insan yaşayırdı, indi bu, təxminən 18 milyondur; 2050-ci ilə qədər DR paytaxtının əhalisi 35 milyon nəfərə çatacaq.