Belarusda Latviya, Litva və Estoniyanın KİV-lərinə çıxış məhdudlaşdırılıb

Belarusda Latviya, Litva və Estoniyanın KİV-lərinə çıxış məhdudlaşdırılıb

Belarus İnformasiya Nazirliyi Latviya, Litva və Estoniyada ölkənin bəzi KİV-lərinin fəaliyyətinə qadağa qoyulmasına cavab olaraq müvafiq addım atıb, sözügedən dövlətlərin KİV-lərinə çıxışı məhdudlaşdırılıb.

"Report" xəbər verir ki, qərar bu gün qəbul edilib.

Bundan əvvəl Baltikyanı üç ölkə Belarus və Rusiyanın radio və televiziya proqramlarının yayımına, həmçinin internetdə yayıma qadağalar tətbiq edib. Martın ortalarında Latviyada Belarusun ONT telekanalının yayımı qadağan edilib və “SB.Belarus Today” nəşrinin resurslarına giriş bağlanıb.