Avropa Şurasının Baş katibi: Cənubi Qafqazda sülhün tez təmin olunması üçün hər şey edilməlidir

Avropa Şurasının Baş katibi: Cənubi Qafqazda sülhün tez təmin olunması üçün hər şey edilməlidir

Cənubi Qafqazda sülhün mümkün qədər tez təmin olunması üçün hər şey edilməlidir.

“Report” “Armenpress”ə istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşündə deyib.

O bildirib ki, regionda sülhün alternativi yoxdur.

Baş katib söyləyib ki, sülhün təmin olunması və onun mümkün qədər uzunömürlü olması üçün çalışmaq lazımdır.

Qeyd edək ki, M.Peyçinoviç-Buriç Ermənistanda səfərdədir. O, Ermənistanın bir sıra rəsmi şəxsləri, o cümlədən baş nazir Nikol Paşinyanla görüşüb. M.Peyçinoviç-Buriçin qarşıdakı günlərdə Azərbaycana səfəri də gözlənilir.