Misir Prezidenti Bakıda Azərbaycanın iş adamları ilə görüşüb

Misir Prezidenti Bakıda Azərbaycanın iş adamları ilə görüşüb

Yanvarın 27-də Bakıda Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycanın iş adamları ilə görüşü olub.

"Birxeber.Az" xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Misir Prezidenti Əbdülfəttah Əs-Sisi görüşdə çıxış ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov əminliklə bildirib ki, bugünkü tədbir iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcək. Nazir hazırda dünyada yaşanan iqtisadi böhran fonunda Azərbaycan iqtisadiyyatının 2022-ci ildə sabit inkişaf dinamikası nümayiş etdirdiyini, ümumi daxili məhsulun 4,6 faiz artdığını bildirib. Qeyd edilib ki, bu dövrdə qeyri-neft-qaz sahəsində artım 9,1 faiz təşkil edib, qeyri-neft ixracı 12 faizdən, ölkənin ümumi ixracı 73 faizdən çox artıb.

Azərbaycan ilə Misir arasında siyasi-iqtisadi əlaqələrin qarşılıqlı hörmət, dostluq və faydalı əməkdaşlıq əsasında inkişaf etdiyini vurğulayan M.Cabbarov dövlət başçılarının siyasi iradəsinin ikitərəfli əlaqələrin möhkəmlənməsində və genişlənməsində mühüm rol oynadığını bildirib.

Ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu diqqətə çatdıran nazir deyib ki, Azərbaycanın Afrikada ilk səfirliyi 1994-cü ildə Misirdə açılıb. İki ölkə, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq edir. Azərbaycanla Misir arasında iqtisadi əlaqələrin möhkəmləndiyini qeyd edən Mikayıl Cabbarov bildirib ki, hazırda ölkəmizdə Misir investisiyalı 51 şirkət fəaliyyət göstərir.

“Bununla belə, investisiya sahəsində əməkdaşlığın, qarşılıqlı ticarətin genişləndirilməsi üçün böyük potensial var. İnanırıq ki, Azərbaycan-Misir Hökumətlərarası Müştərək Komissiyanın fəaliyyəti, iş adamlarının iştirakı ilə təşkil olunan tədbirlər, Azərbaycan-Misir İşgüzar Şurasının yaradılması istiqamətində aparılan işlər bu potensialın reallaşdırılmasına töhfəsini verəcək”, - deyə nazir vurğulayıb.

Mikayıl Cabbarov, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən, yaradılan biznes mühitindən, həyata keçirilən yaşıl enerji layihələrindən və dövlətin bu prosesə verdiyi dəstəkdən danışıb.

Ölkəmizə səfərindən məmnunluğunu bildirən Prezident Əbdülfəttah Əs-Sisi Misirin sadiq dostu, bu il 100 illik yubileyi qeyd ediləcək Ümummilli Lider Heydər Əliyevin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük uğurlara nail olduğunu vurğulayıb. Prezident deyib ki, ölkələrimizin beynəlxalq ticarətdə əməkdaşlığı çox yüksək potensiala malikdir.

“Biz müxtəlif sahələrə investisiya yatırmağa böyük önəm veririk və Misir şirkətlərini Azərbaycanda müxtəlif layihələrə yatırım etməyə çağırırıq. Ölkələrimiz arasındakı potensial imkanları reallaşdırmağa çalışmalıyıq. Eyni zamanda, Azərbaycan şirkətlərinin Misirdə əczaçılıq, energetika, metallurgiya və digər sahələrə investisiya yatırmaları üçün imkanlar yaratmalıyıq”, - deyə Misir Prezidenti vurğulayıb.

Əbdülfəttah Əs-Sisi əlavə edib ki, ölkələrimizin müxtəlif sahələrdə mövcud olan potensialı və investisiya imkanları araşdırılmalı və reallaşdırılmalıdır.

Görüş müzakirələrlə davam edib.

Xarici siyasət Xarici siyasət
BMTM və Mərkəzi Asiya Beynəlxalq İnstitutu əməkdaşlıq memorandumu imzalayıb

BMTM və Mərkəzi Asiya Beynəlxalq İnstitutu əməkdaşlıq memorandumu imzalayıb

Xarici siyasət Xarici siyasət
Josep Borel: "Azərbaycan və Ermənistan rəsmiləri arasında növbəti görüş Brüsseldə olacaq"

Josep Borel: "Azərbaycan və Ermənistan rəsmiləri arasında növbəti görüş Brüsseldə olacaq"

Xarici siyasət Xarici siyasət
İlham Əliyev: "Azərbaycan-İsrail əlaqələrinin daim yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur"

İlham Əliyev: "Azərbaycan-İsrail əlaqələrinin daim yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur"

Xarici siyasət Xarici siyasət
Çilinin müvəqqəti işlər vəkili: "Azərbaycanla əməkdaşlığa hazırıq"

Çilinin müvəqqəti işlər vəkili: "Azərbaycanla əməkdaşlığa hazırıq"

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb

Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Almaniya prezidentlərinin Berlində təkbətək görüşü olub - YENİLƏNİB

Azərbaycan və Almaniya prezidentlərinin Berlində təkbətək görüşü olub - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Ümum-Avropa Xocalı Aksiyasının iştirakçıları dünya ictimaiyyətinə bəyanat qəbul ediblər - YENİLƏNİB-3

Ümum-Avropa Xocalı Aksiyasının iştirakçıları dünya ictimaiyyətinə bəyanat qəbul ediblər - YENİLƏNİB-3

Xarici siyasət Xarici siyasət
Serbiya Prezidenti Azərbaycan liderini təbrik edib

Serbiya Prezidenti Azərbaycan liderini təbrik edib

Xarici siyasət Xarici siyasət
Əlcəzair Prezidenti Azərbaycana rəsmi səfərə dəvət edilib

Əlcəzair Prezidenti Azərbaycana rəsmi səfərə dəvət edilib

Xarici siyasət Xarici siyasət
Ayxan Hacızadə: "Reinteqrasiya prosesi ölkəmizin daxili məsələsidir, müdaxilə qəbulolunmazdır"

Ayxan Hacızadə: "Reinteqrasiya prosesi ölkəmizin daxili məsələsidir, müdaxilə qəbulolunmazdır"

Xarici siyasət Xarici siyasət
Ağalar Atamoğlanov: “Orta Dəhlizin potensialı günü-gündən artır”

Ağalar Atamoğlanov: “Orta Dəhlizin potensialı günü-gündən artır”

Xarici siyasət Xarici siyasət
Hikmət Hacıyev "Forbes"in müəllifinə cavab verib: "Azərbaycanlıların hüquqları ilə bağlı məsələni heç vaxt qaldırmamısınız"

Hikmət Hacıyev "Forbes"in müəllifinə cavab verib: "Azərbaycanlıların hüquqları ilə bağlı məsələni heç vaxt qaldırmamısınız"