Vüqar Gülməmmədov: "Auditlərin nəticələrinin ictimaiyyətə açıqlanması effektiv mexanizm sayılır"

Vüqar Gülməmmədov: "Auditlərin nəticələrinin ictimaiyyətə açıqlanması effektiv mexanizm sayılır"

Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin (audit) nəticələrinin ictimaiyyətə açıqlanması gələcəkdə bu nöqsanlara yol verilməməsi üçün effektiv mexanizm hesab edilir.

"Report" xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Palatanın sədri Vüqar Gülməmmədov bildirib.

“Ümumiyyətlə təhlillər məlumat vermə mexanizminin nöqsanlara qarşı preventiv xüsusiyyətlərə malik olduğunu deməyə imkan verir”, - deyə sədr qeyd edib.