Madriddə 45 min insan baş nazirə və separatçıların əfvinə etiraz edib

Madriddə 45 min insan baş nazirə və separatçıların əfvinə etiraz edib

Təxminən 45 min insan Madridin mərkəzində Kataloniyanın müstəqilliyi tərəfdarları üçün amnistiya qanununa və ölkənin baş naziri Pedro Sançesə qarşı etiraz aksiyası keçirib.

Birxeber.Az xəbər verir ki, bu barədə TASS-a Nazirlər Kabinetinin regional idarəsindən məlumat verilib.

Nümayiş mühafizəkar Xalq Partiyası tərəfindən Madridin mərkəzi meydanlarından birində “güclü İspaniyanın müdafiəsi” üçün təşkil edilib. Mitinqdə krallığın əsas müxalif siyasi qüvvəsi olan Xalq Partiyasının rəhbərliyi də iştirak edib.

Bir çoxları özləri ilə İspaniya və Avropa İttifaqının bayraqlarını gətiriblər.