KİV: Almaniyanın Ukraynaya hərbi yardımı iddia edildiyindən qat-qat az olub

KİV: Almaniyanın Ukraynaya hərbi yardımı iddia edildiyindən qat-qat az olub

Almaniyanın Ukraynaya hərbi yardımı alman hakimiyyətinin iddia etdiyindən qat-qat az oldu.

“Report” xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Qeyd olunub ki, rəsmi Berlin Ukraynaya 28 milyard avro hərbi yardım etdiyini bildirib. Lakin sonradan məlum olub ki, Ukrayna Silahlı Qüvvələrinə faktiki vəd edilmiş hərbi yardım cəmi 21,7 milyarddır: “Bu da hakimiyyətin iddia etdiyindən 23% azdır”.

Qeyd olunub ki, bu rəqəmlərin də şişirtmə olduğu istisna deyil: “Kansler belə təəssürat yaradır ki, Almaniya artıq Ukraynaya 28 milyard avroluq hərbi dəstək verib. Əslində, biz bu məbləğin yarısı da ayırılmayıb”.