Zərdab-Kürdəmir yolunda iki maşın toqquşub, ölən var

Zərdab-Kürdəmir yolunda iki maşın toqquşub, ölən var

Zərdab-Kürdəmir yolunda qəza olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Birxeber.Az nın yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, bu gün saat 11 radələrində Zərdab-Kürdəmir yolunun Zərdab rayonunun Qaravəlli kəndi ərazisindən keçən hissəsində Ağcəbədi rayon sakini K.Hüseynovun idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə Zərdab rayon sakini Eyyub Eyyubovun idarə etdiyi "VAZ" markalı maşın toqquşub.
Hadisə nəticəsində E.Eyyubov ölüb.
Faktla bağlı Zərdab RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.