Meksika klubunun məşqçisi Lionel Messini təhqir edib

Meksika klubunun məşqçisi Lionel Messini təhqir edib

Meksikanın “Monterrey” klubunun köməkçi məşqçisi Niko Sançes KONKAKAF Çempionlar Kubokunun 1/4 final mərhələsində ABŞ-nin “İnter Mayami” komandasını 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra rəqibin futbolçusu Lionel Messini təhqir edib.

“Report” xəbər verir ki, mütəxəssis qarşılaşmanın ardından yaşanan mübahisə zamanı argentinalı hücumçuya “şeytan üzlü cırtdan” deyib.

Hətta Sançesin səs yazısı da sosial şəbəkələrdə yayılıb. Oyun bitdikdən sonra Messi də daxil olmaqla, “İnter Mayami”nin bir neçə oyunçusu “Monterrey”in baş məşqçisi Fernando Ortislə mübahisə edib. Niko Sançes qalmaqal zamanı argentinalı futbolçu barədə xoşagəlməz ifadələr işlədib.

Qeyd edək ki, “İnter Mayami” ilə “Monterrey” arasında cavab matçı aprelin 11-də keçiriləcək.