“Araz-Naxçıvan”da baş məşqçinin köməkçiləri müəyyənləşib

“Araz-Naxçıvan”da baş məşqçinin köməkçiləri müəyyənləşib

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Elmar Baxşıyevin köməkçiləri müəyyənləşib.

“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis “Qəbələ”də birgə çalışdığı Xaqani Məmmədov və Rasim Ramaldanovu özü ilə Naxçıvan təmsilçisinə aparıb.

Premyer Liqa təmsilçisi məşqçi heyətini rəsmi saytı vasitəsilə açıqlayıb. Onlar bu gün klubla müqavilə imzalayıblar. “Araz-Naxçıvan” Elmar Baxşıyevin rəhbərliyi altında artıq ilk məşqinə də çıxıb.

Qeyd edək ki, Elmar Baxşıyev futbolçu karyerası ərzində “Xəzər Universiteti”, “İnter”, “Xəzər-Lənkəran”, “Neftçi” və “Qəbələ” klublarının formasını geyinib, Azərbaycan millisinin heyətində 30-dan çox oyun keçirib. Baş məşqçi kimi “Qəbələ”ni çalışdıran mütəxəssis Azərbaycan Kubokunun qalibi olub.