YAP: “İran Azərbaycan xalqından üzr istəməlidir!” - BƏYANAT

YAP: “İran Azərbaycan xalqından üzr istəməlidir!” - BƏYANAT

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı bəyanat yayıb.

"Report" xəbər verir ki, bəyanatda deyilir:

"Yanvarın 27-də Bakı vaxtı ilə 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum bütün Azərbaycan ictimaiyyəti kimi, Yeni Azərbaycan Partiyasının üzvlərinin də ciddi narahatlığına və böyük hiddətinə səbəb olub.

Dünyada tolerantlıq nümunəsi, multikulturalizm diyarı, sülh və sabitlik tərəfdarı kimi tanınan, dinc birgəyaşayışa, sivil inkişafa və ümumbəşəri dəyərlərin qorunmasına böyük önəm verən Azərbaycan terrorun bütün forma və təzahürlərini rədd edərək qətiyyətlə pisləyir.

Dövlətimizi və xalqımızı hədəfə almış bu vandalizm aktının arxasında dayanan mənfur qüvvələr bilməlidirlər ki, insanlığa sığmayan, milli və dini dəyərlərə, sivil münasibətlərə və beynəlxalq hüquq normalarına zidd olan bu cür çirkin metodlarla Azərbaycana təsir və təzyiq göstərmək, onu hər hansı bir güzəştə məcbur etmək və müstəqil siyasətindən döndərmək mümkün deyil. 44 günlük Vətən müharibəsinin nəticələri və sonrakı proseslər göstərdi ki, Azərbaycan istənilən təhdidin qarşısını almağa, illərdir regionda kök salmış terrorizmin başını əzməyə və bütün strateji hədəflərini gerçəkləşdirməyə qadirdir. Regionda yeni reallıqlar yaradan, Cənubi Qafqazın lider dövləti kimi güc mərkəzinə çevrilən, dünyada etibarlı tərəfdaş kimi tanınan qalib Azərbaycanın qüdrətinin artmasından narahat olan qüvvələrin istənilən təxribat cəhdi iflasa məhkumdur və bundan sonra da heç bir nəticə verməyəcək!

Yeni Azərbaycan Partiyası olaraq bu xain terror aktını qətiyyətlə pisləyir, şəhid olmuş Orxan Əsgərovun ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralı qardaşlarımıza şəfa diləyir və İran İslam Respublikasından hadisənin hərtərəfli araşdırılaraq hüquqi qiymət verilməsini, qanlı təxribat törədən terrorçunun və onun arxasında dayanan sifarişçilərin layiqincə cəzalandırılmasını, nəhayət, Azərbaycan xalqından üzr istəyərək ölkəmizə qarşı uzun müddətdir ki, davam edən isterika və təbliğata son qoyulmasını, hadisənin əsl mahiyyəti ilə bağlı dəqiq və düzgün məlumat verilməsini tələb edirik!".

Daxili siyasət Daxili siyasət
Ədliyyə Nazirliyi yeni təcili elektron zəng xidmətinin konsepsiyasını hazırlayıb

Ədliyyə Nazirliyi yeni təcili elektron zəng xidmətinin konsepsiyasını hazırlayıb

Daxili siyasət Daxili siyasət
Naxçıvan Muxtar Respublikası prokuroruna müavin təyin edilib

Naxçıvan Muxtar Respublikası prokuroruna müavin təyin edilib

Daxili siyasət Daxili siyasət
PA rəsmisi Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarına çağırış edib

PA rəsmisi Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarına çağırış edib

Daxili siyasət Daxili siyasət
Şərqi Zəngəzur iqtisadi rayonunda bərpa işləri ilə bağlı memorandum imzalanıb

Şərqi Zəngəzur iqtisadi rayonunda bərpa işləri ilə bağlı memorandum imzalanıb

Daxili siyasət Daxili siyasət
Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışın təşkili üçün tədbirlər müəyyən edilib

Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışın təşkili üçün tədbirlər müəyyən edilib

Daxili siyasət Daxili siyasət
AQTA sədrinə yeni müavin təyin olunub

AQTA sədrinə yeni müavin təyin olunub

Daxili siyasət Daxili siyasət
Biləsuvarda şəhid hərbi qulluqçuların ailələri ziyarət olunub

Biləsuvarda şəhid hərbi qulluqçuların ailələri ziyarət olunub

Daxili siyasət Daxili siyasət
"ASAN Xidmət" Naxçıvanda qeydiyyatda olan vətəndaşlara müraciət edib - YENİLƏNİB

"ASAN Xidmət" Naxçıvanda qeydiyyatda olan vətəndaşlara müraciət edib - YENİLƏNİB

Daxili siyasət Daxili siyasət
Qərbi Azərbaycan Xronikası: “Ermənilərin milli geyimləri onların Qafqaza aid olmadıqlarını sübut edir”

Qərbi Azərbaycan Xronikası: “Ermənilərin milli geyimləri onların Qafqaza aid olmadıqlarını sübut edir”

Daxili siyasət Daxili siyasət
Prezident: "Müsəlman ölkələrinin rəhbərlərinin məscidləri dağıdana qucaq açması riyakarlıqdır, satqınlıqdır"

Prezident: "Müsəlman ölkələrinin rəhbərlərinin məscidləri dağıdana qucaq açması riyakarlıqdır, satqınlıqdır"

Daxili siyasət Daxili siyasət
Naxçıvanda yaşıl enerji üzrə böyük elektrik stansiyaları quraşdırılacaq

Naxçıvanda yaşıl enerji üzrə böyük elektrik stansiyaları quraşdırılacaq

Daxili siyasət Daxili siyasət
Mehriban Əliyeva akademik Arif Paşayevi doğum günü münasibəti ilə təbrik edib

Mehriban Əliyeva akademik Arif Paşayevi doğum günü münasibəti ilə təbrik edib