Lənkəran İcra Hakimiyyətində yeni təyinatlar olub

Lənkəran İcra Hakimiyyətində yeni təyinatlar olub

Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinatlar olub.

Birxeber.Az-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sərəncamı ilə aprelin 8-də icra başçısının birinci müavini və başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə yeni təyinatlar olub. Sərəncama əsasən, Cəfərzadə Mikayıl Babək oğlu icra başçısının birinci müavini, Dadaşov Aqil İlqar oğlu isə başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə təyinat alıblar. Onlar kollektivə təqdim ediliblər.

Qeyd edək ki, bu vəzifəyə qədər M.Cəfərzadə başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, A.Dadaşov isə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini vəzifələrində çalışıblar.