Olaf Şolts “TikTok”a qoşulub, rəqs etməyəcəyinə söz verib

Olaf Şolts “TikTok”a qoşulub, rəqs etməyəcəyinə söz verib

Almaniya Kansleri Olaf Şolts Çinə məxsus sosial media platforması “TikTok”dan istifadə edən Qərb siyasətçilərinin siyahısına qoşulub.

APA xəbər verir ki, bu barədə Olaf Şolts "X" hesabında paylaşım edib.

"Mən rəqs etməyəcəyəm. Söz verirəm. TikTok”, - Şolts paylaşımında bildirib.

Hökumətin sözçüsü Steffen Hebestreit isə bildirib ki, Federal Mətbuat İdarəsi siyasət haqqında öyrənmək və müzakirə etmək üçün “TikTok”dan getdikcə daha çox istifadə edən vətəndaşlar üçün məlumat resurslarını genişləndirir.

Onun sözlərinə görə, Kansler Şoltsun “TikTok” hesabı gənclərə yönəlib.