Gürcüstandakı erməni diasporunun aksiyası baş tutmayıb

Gürcüstandakı erməni diasporunun aksiyası baş tutmayıb

Gürcüstandakı erməni diasporunun Qarabağda özünü buraxmış qondarma quruma dəstək aksiyası baş tutmayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, təşkilatçıların Aİ-nin Tbilisidəki nümayəndəliyinin qarşısında aksiya çağırışına yerli erməni icması reaksiya verməyib.

Nəticədə nümayəndəliyin qarşısına yalnız təşkilatçılar toplanıblar. 10-15 nəfərlik aksiyaçılar müxtəlif separatçı şüarlar səsləndirdikdən sonra ərazini tərk ediblər. Aksiya zamanı insident qeydə alınmayıb