Avropa Şurasının Baş katibi Nikol Paşinyanla danışıqlar aparıb

Avropa Şurasının Baş katibi Nikol Paşinyanla danışıqlar aparıb

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç İrəvana səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Baş katib sosial şəbəkələrdəki hesabında danışıqların uğurlu keçdiyini və Avropa Şurasının Ermənistanda islahatlara yardım edəcəyini yazıb.