Azərbaycanda sosial xarakterli fövqəladə mühit zamanı fövqəladə vəziyyət tətbiq edilməyəcək

Azərbaycanda sosial xarakterli fövqəladə mühit zamanı fövqəladə vəziyyət tətbiq edilməyəcək

Azərbaycanda sosial xarakterli fövqəladə mühit zamanı fövqəladə vəziyyət tətbiq edilməyəcək.

"Birxeber.Az" xəbər verir ki, bununla bağlı "Fövqəladə vəziyyət haqqında" qanuna dəyişiklik nəzərdə tutulur.

Belə ki, qanun adı dəyişdirilir və bundan sonra "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" adlanacaq.

Dəyişikliklərə əsasən, “Fövqəladə vəziyyət haqqında” qanuna sosial xarakterli fövqəladə mühit və sosial xarakterli fövqəladə mühit rejiminə dair yeni normalar daxil edilir.

Dəyişikliklərin əsas məqsədi ondan ibarətdir ki, sosial xarakterli fövqəladə mühitin yaranması fövqəladə vəziyyətin tətbiqi üçün əsas hesab edilmir. Belə ki, əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka və ya ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranan mühit sosial xarakterli fövqəladə mühit hesab olunur. Bu mühitin rejimi müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı ilə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilir.

Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edilməsi barədə normativ hüquqi akt dərhal mediada elan olunmalı, o cümlədən 24 saat müddətində dərc edilməlidir.

Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məhdudlaşdırılmır.

Sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edildikdə, sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üçün zəruri olan tədbirlər həyata keçirilir, bu məqsədlə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət olan komissiya fəaliyyət göstərir.

Sosial xarakterli fövqəladə mühit aradan qaldırıldıqdan sonra əhalinin normal həyat fəaliyyətinin bərpa edilməsi vəzifəsi sözügedən komissiyanın səlahiyyətlərinə daxildir.

Daxili siyasət Daxili siyasət
Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

Daxili siyasət Daxili siyasət
İlham Əliyev: "Biz bu stansiyanı xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik"

İlham Əliyev: "Biz bu stansiyanı xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik"

Daxili siyasət Daxili siyasət
Biləsuvarda bəzi küçələrin adlarının yazıldığı lövhələr yararsız vəziyyətə düşüb, yeni küçələr adsız qalıb

Biləsuvarda bəzi küçələrin adlarının yazıldığı lövhələr yararsız vəziyyətə düşüb, yeni küçələr adsız qalıb

Daxili siyasət Daxili siyasət
İlham Əliyev Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə idman ictimaiyyətini təbrik edib

İlham Əliyev Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə idman ictimaiyyətini təbrik edib

Daxili siyasət Daxili siyasət
İlham Əliyev "ASAN Xidmət"in bir qrup əməkdaşını təltif edib

İlham Əliyev "ASAN Xidmət"in bir qrup əməkdaşını təltif edib

Daxili siyasət Daxili siyasət
Dövlət başçısı dünyada yaşayan soydaşlarımıza uğurlar arzulayıb

Dövlət başçısı dünyada yaşayan soydaşlarımıza uğurlar arzulayıb

Daxili siyasət Daxili siyasət
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş video hazırlayıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş video hazırlayıb

Daxili siyasət Daxili siyasət
Allahşükür Paşazadə: "Ermənistanın revanşizm təzahürləri səngimir"

Allahşükür Paşazadə: "Ermənistanın revanşizm təzahürləri səngimir"

Daxili siyasət Daxili siyasət
Mühafizə orderlərinin tələblərinin yerinə yetirilməsinin monitorinqi gücləndiriləcək

Mühafizə orderlərinin tələblərinin yerinə yetirilməsinin monitorinqi gücləndiriləcək

Daxili siyasət Daxili siyasət
“QHT ziyarətləri” layihəsi çərçivəsində Gəncə və Şəmkirdə görüşlər keçirilib

“QHT ziyarətləri” layihəsi çərçivəsində Gəncə və Şəmkirdə görüşlər keçirilib

Daxili siyasət Daxili siyasət
Mülki Prosessual Məcəlləyə dəyişiklik edilib

Mülki Prosessual Məcəlləyə dəyişiklik edilib

Daxili siyasət Daxili siyasət
Sədr: "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq"

Sədr: "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq"