Azərbaycanda malların gömrükdən sürətli buraxılışına hazırlıq gedir

Azərbaycanda malların gömrükdən sürətli buraxılışına hazırlıq gedir

Azərbaycanda sahibkarların haqlı narazılığı nəzərə alınaraq gömrük bəyannaməsi gömrük orqanına təqdim edildiyi andan etibarən 1 gün ərzində ona baxılacaq, əgər bəyannamədə gömrük dəyəri üzrə düzəliş tələbi irəli sürülməlidirsə 24 saat ərzində həmin şəxslərə bildiriləcək.

"Birxeber.Az" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda bildirib.

Onun sözlərinə görə, bu məqsədlə Gömrük məcəlləsində və "Gömrük tarifi haqqında" qanuna dəyişiklik ediləcək: "Həmin sənədlər Milli Məclisdə 3-cü oxunuşdan keçib və yaxın zamanlarda dərc edilməsi gözlənir. Beynəlxalq təcrübə əsasında yeni bildiriş forması da təsdiq edilib. Bu isə daha təfərrüatlı və səlis hesabata şərait yaradır".

"Mövcud məcəllə çərçivəsində malların mənşə ölkəsinin, kodlarının müəyyən olunması vaxt itkisinə gətirib çıxarır. Hazırda malların kodlarının müəyyən olunması bəyannaməçi tərəfindən həyata keçirilir və görmük orqanları tərəfindən həmin kodların düzgün bəyan edilməməsi müəyyən edilərsə, şübhələr yaranarsa orqanın kodu təsnifatlandırması, bu zaman əlavə köməyə ehtiyac yaranarsa gömrük orqanının onu ekpserizaya göndərmək hüququ var. Malların ekspertizada baxılma müddəti 20 günə qədərdir ki, bu da haqlı narazılığa səbəb olur. Vaxt itkisinin qarşısını almaq üçün malların gömrük ərazisinə gətirilməməsi üçün "Məcburi qərar" pilot layihəsinin icrasına başlanıb", - deyə T.Alverdiyev əlavə edib.

Biznes Biznes
Azərbaycan və Səudiyyə Ərəbistanı biznes əlaqələrini genişləndirmək istəyir

Azərbaycan və Səudiyyə Ərəbistanı biznes əlaqələrini genişləndirmək istəyir

Biznes Biznes
Azərbaycanda 60 İsveçrə şirkəti var

Azərbaycanda 60 İsveçrə şirkəti var

Biznes Biznes
“Bolmart” supermarketlər şəbəkəsinin Naxçıvan filialı açılıb

“Bolmart” supermarketlər şəbəkəsinin Naxçıvan filialı açılıb

Biznes Biznes
Milli İnsan Resursları Forumuna biletlər satışdadır!

Milli İnsan Resursları Forumuna biletlər satışdadır!

Biznes Biznes
"Estee Lauder" 2,8 milyard dollara "Tom Ford" moda evini satın alıb

"Estee Lauder" 2,8 milyard dollara "Tom Ford" moda evini satın alıb

Biznes Biznes
Murmansk ixracatçıları Bakıya səfər edəcək

Murmansk ixracatçıları Bakıya səfər edəcək

Biznes Biznes
Azərbaycan Fransada təşkil olunan dünyanın ən böyük əmlak bazarında təmsil olunub

Azərbaycan Fransada təşkil olunan dünyanın ən böyük əmlak bazarında təmsil olunub

Biznes Biznes
Pakistanın biznes missiyası yaxın günlərdə Azərbaycana səfər edəcək

Pakistanın biznes missiyası yaxın günlərdə Azərbaycana səfər edəcək

Biznes Biznes
Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,2 dəfə artıb

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,2 dəfə artıb

Biznes Biznes
Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır

Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır

Biznes Biznes
Mikayıl Cabbarov: "Heydər Əliyevin ilk dəfə Azərbaycanın rəhbəri təyin olunduğu vaxtdan ölkəmizin tərəqqi və rifah yolu başlayıb"

Mikayıl Cabbarov: "Heydər Əliyevin ilk dəfə Azərbaycanın rəhbəri təyin olunduğu vaxtdan ölkəmizin tərəqqi və rifah yolu başlayıb"

Biznes Biznes
Azərbaycanda 80 dövlət əmlakı hərraca çıxarılacaq

Azərbaycanda 80 dövlət əmlakı hərraca çıxarılacaq