2022-ci ildə Azərbaycanda qeydə alınan oğurluq hadisələrinin sayı açıqlanıb
"Ötən il Azərbaycanda 7 794 oğurluq hadisəsi qeydə alınıb".
“Report” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında deyib.
Onun sözlərinə görə, oğurluq hadisələrində ötən ildə 2021-ci illə müqayisədə azalma müşahidə olunub: “2021-ci ildə oğurluq cinayətlərinin sayı 6 207 olub”.