Rüfət Quliyev: "Maliyyə baxımından nümunəvi qurumların adları açıqlanmalıdır"

Rüfət Quliyev: "Maliyyə baxımından nümunəvi qurumların adları açıqlanmalıdır"

Azərbaycanda maliyyə pozuntusuna yol verməyən nümunəvi qurumlar müəyyənləşdirilməli, adları açıqlanmalıdır.

"Report"un məlumatına görə, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.

"Hesabatda yayınma, itki, kənarlaşma, mənimsəmə ifadələri var. Bunlar, əsasən satınalmalarla bağlıdır, daha dəqiq olmalıyıq", - deyə o qeyd edib.