Azərbaycanda martda dəmir yolu ilə 600 mindən çox səfər həyata keçirilib

Azərbaycanda martda dəmir yolu ilə 600 mindən çox səfər həyata keçirilib

Bu ilin mart ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 619 min 492 səfər həyata keçirilib.

"Report" bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə istinadən xəbər verir.

Məlumata görə, səfərlərin 584 min 696-sı Abşeron dairəvi, 30 min 454-ü Bakı-Ağstafa-Bakı və 4 min 342-si Bakı-Qəbələ-Bakı marşrutu üzrə reallaşdırılıb.