Azərbaycandakı hotellərdə yerləşdirilmiş şəxslərin sayı 15 % artıb

Azərbaycandakı hotellərdə yerləşdirilmiş şəxslərin sayı 15 % artıb

2023-cü ildə Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə yerləşdirilmiş şəxslərin sayı 1 milyon 945 min 49 nəfər olub.

“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu 2022-ci illə müqayisədə 14,6 % çoxdur.

İllik göstəricinin 1 milyon 594 min 500 nəfəri Bakıdakı hotellərin payına düşüb. Bu da 1 il əvvələ nisbətən 19,8 % çoxdur.

Ötən il Qarabağda fəaliyyət göstərən hotellərdə yerləşdirilmiş şəxslərin sayı isə 36 min 859 nəfər olub. Bu da əvvəlki illə müqayisədə 17 % çoxdur.

Hesabat dövründə Naxçıvandakı hotellərdə isə 21 % az - 47 min 36 nəfər yerləşdirilib.