AÇG-dən indiyədək 589 mln. tona yaxın neft hasil edilib

AÇG-dən indiyədək 589 mln. tona yaxın neft hasil edilib

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2024-cü il tarixinədək 634,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

APA-Economics” xəbər verir ki, “Azəri-Çıraq-Günəşli”dən 588,9 milyon ton neft, “Şahdəniz”dən isə 45,6 milyon tona yaxın kondensat çıxarılıb.

“Bundan 01 aprel 2024-cü il tarixinədək 632,5 milyon tonu ixraca nəql edilib”, - məlumatda qeyd olunur.

Məlumata görə, 2024-cü ilin yanvar-mart ayları üzrə ölkədə 7,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 4,2 milyon tonu AÇG-nin, 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib.

Qeyd olunur ki, hesabat dövründə 6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 5,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu isə SOCAR-ın payına düşüb.