Parlamentin komitə sədri: Ermənistan daxilində də sülhə mane olanlar var

Parlamentin komitə sədri: Ermənistan daxilində də sülhə mane olanlar var

Ermənistan daxilində də sülhə mane olanlar var.

“Birxeber.Az” “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri, hakim “Mülkü müqavilə” partiyasının üzvü Andranik Koçaryan deyib.

Onun sözlərinə görə, eskalasiya təhlükəsi yoxdur: “Belə bir təhlükə olarsa, biz müdafiəyə keçəcəyik”.

Qeyd edək ki, son günlər Ermənistan Azərbaycanla şərti sərhədə qoşun yığmasına dair məlumat var. Həmçinin Azərbaycan Müdafiə Nazirliyi bir neçə gündür ki, Ermənistanın müxtəlif istiqamətlərdə atəşkəsi pozmasına dair məlumat yayır.