Hesablama Palatasının fəaliyyətinin əsas istiqaməti azad olunmuş ərazilərin bərpasına ayrılan vəsaitin auditi olub

Hesablama Palatasının fəaliyyətinin əsas istiqaməti azad olunmuş ərazilərin bərpasına ayrılan vəsaitin auditi olub

45 audit tədbiri həyata keçirilib, 42,2%-i ümumilikdə ilk dəfə keçirilib. Səmərəlilik auditi üzrə prtfelimizdə bütün tədbirlər yenidir.

Birxeber.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabat”ın müzakirəsi zamanı Palatanın sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, 2023-cü il üzrə Əməliyyat Planında ümumilikdə 327 tədbir müəyyən edilib, ilin sonunda yekun icra vəziyyəti 91,7 % təşkil edib: “Hesabat ilində əsas istiqamətimiz azad olunmuş ərazilərin bərpasına ayrılan vəsaitin auditi, kənd təsərrüfatı, səhiyyə və digər sahələr olub. Əvvəlki iki illə müqayisədə auditlər azalsa da, auditin əhatə etdiyi məbləğ 3,5 dəfə çox olub”.