Beyləqanda avtobus kanala aşıb, xəsarət alanlar var

Beyləqanda avtobus kanala aşıb, xəsarət alanlar var

Beyləqanda avtobus aşıb.

Birxeber.Az-nın Qarabağ bürosu xəbər verir ki, "İSUZU" markalı avtobus idarəetmədən çıxaraq su kanalına aşıb. Qəza nəticəsində xəsarət alanlar var. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Birxeber.Az-ya faktı təsdiqləyib.

Bildirib ki, faktla bağlı Beyləqan RPŞ-da araşdırma aparılır.